Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:11

Türkiyə gələn il referenduma gedir


Edoğan 2003-cü ildə Səmərqənddə, özbək milli paltarında

Edoğan 2003-cü ildə Səmərqənddə, özbək milli paltarında

Türkiyə 2017-ci ilin yayında referendum keçirəcək. Referenduma konstitusiyaya dəyişiklər paketi çıxarılacaq, bunların da məqsədi prezidentin icra səlahiyyətlərinin artırılmasıdır.

DPA agentliyinin məlumatına görə,vbbunu Türkiyəninvbbaş naziri Binali Yıldırım dekabrın 1-də elan edib.

Bu dəyişiklikləri mərkəzçilər və solçular tənid edir. Onların fikrincə, bunlar prezident Recep Tayyip Erdoğanın hakimiyyətini gücləndirir, tarazlıq sistemini pozur, parlamentin rolunu azaldır. Erdogan isə dəyişikliklərin sabitlik gətirəcəyini bildirir.

Yıldırım referendum haqda məlumatı ifrat sağşı MHP – Milliyətçi Hərəkat partiyasının lideri Devlet Bahçeli ilə birlikdə keçirdiyi mətbuat konfransında verib.

Son aylar MHP lideri Bahçeli Erdoğana və hakim AK partiyayadəstək verir. Hətta onun referendumdan sonra vitse-prezident vəzifəsi alacağı da deyilir.

Ancaq MHP-nin referenduma dəstəyinin miqyası bəlli deyil. 20 ildir ki, partiya sədri olan Bahçelini də bu vəzifədən salmağa uğursuz cəhdlər olub, yəni onun da bu vəzifədə qalıb-qalmayacağı məlum deyil.

DPA təhlilçilərə istinadla yazır ki. Erdoğan qələbəyə əmin olmasa, referendum keçirməz. Dəyişiklərin qəbul olnması üçün sadə səs çoxluğu bəs edir.

İyuldakı çevriliş cəhdindən sonra Türkiyə fövqəladə vəziyyət rejimindədir, bu isə Erdoğana nəhəng səlahiyyətlər verib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG