Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:49

AXCP sədrinin həbsdəki müşaviri tibb məntəqəsinə yerləşdirilib


Məmməd İbrahim

Məmməd İbrahim

Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin həbsdəki müşaviri Məmməd İbrahimin səhhətində problemlər yaranıb. Onu 16 sayli cəzaçəkmə müəssisəsinin tibb məntəqəsinə yerləşdiriblər.

Bu haqda AXCP sədrinin müşavirinin oğlu Turan xəbər verib.

“Ağrıları olub. Həkimlər müayinə ediblər. Beyninə qanın yaxşı işləmədiyini deyiblər. İynə-dərman yazıblar”.

Buna da bax:​ Məhkəmə Əli Kərimlinin müşavirinə 'yox' dedi

Oğlunun deməsinə görə, Məmməd İbrahim tibb məntəqəsində 20 gün müalicə alacaq.

M.İbrahimin səhhəti ilə bağlı Penitensiar Xidmətdən bilgi almaq mümkün olmayıb.

M.İbrahim AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında ötən il sentyabrın 30-da həbs olunub. Mikayıl Quliyevi vurmaqda ittiham olunan M.İbrahimə CM-in 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Buna da bax:​ Məmməd İbrahimin məhkəməsi olacaq

Bir müddət sonra daha iki nəfər - Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı ayırmaq istərkən M.İbrahim onları da vurub.

Bundan sonra M.İbrahimə ittiham ağırlaşdırılıb və CM-in 221.2.2-ci maddəsinə tövsif olunub. O, Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib.

Buna da bax: Məmməd İbrahim: 'O, generalın bacısı oğludur'

Ancaq M.İbrahim ittihamı qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.

Buna da bax:

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG