Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:01

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) DESFA şirkətinin səhmlərinin 66 faizini alması məsələsi öz aktuallığını itirib.

«Turan» xəbər verir ki, Yunanıstanın qaz nəhənginin alınması ilə bağlı danışıqlar zamanı irəliləyişin olmasına baxmayaraq, yunan hökuməti iddiaçıdan imtina edib.

Bu ölkənin Ətraf Mühit və Energetika Nazirliyinin məlumatına görə, bu aktivin dəyərsizləşməsi səbəbindən ödənişlə bağlı iddiaçıların (SOCAR və İtaliyanın SNAM şirkəti) təklifi onların mövqeyinə təsir göstərib.

Müflisləşmiş ölkəyə «nağd pullar» lazımdır və alıcıların hökumət zəmanətləri ilə bağlı alternativ təklifləri hökuməti qane etməyib.

DESFA aktivlərinin 66 faizinin əldə olunması ilə bağlı sövdələşmə 400 milyon avro həcmində dəyərləndirilib.

Lakin Yunanıstan üçün ən pis zamanlarda Avropa Komissiyası onu bloklamışdı, çünki onun nizamnaməsi inhisara yol vermir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG