Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:59

«Müdafiə sahəsi ölkə üçün nə qədər əhəmiyyətlidirsə və ona hansı diqqət göstərilirsə, mədəniyyətə də o qədər diqqət ayrılmalıdır».

APA-nın xəbərinə görə, bunu 2017-ci il dövlət büdcəsinin parlament komitələrində müzakirəsi zamanı Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov bildirib.

Komitə sədri ölkədə büdcə formalaşdırılarkən mədəniyyət sahəsinə ənənəvi yanaşmadan gileylənib. O, belə yanaşmadan əl çəkilməyə çağırıb. «İqtisadiyyatda yaranan problemi, çatışmazlığı, sınıqlığı qısa zamanda bərpa etmək olur, ancaq təhsil və mədəniyyət sahəsində belə vəziyyət yarandıqda, bunu qısa zamanda bərpa etmək mümkün olmur», - deyə R.Hüseynov bildirib.

Onun fikrincə, nə musiqi məktəbləri, nə də teatrlar bağlanmalıdır və buna yol vermək olmaz. Komitə sədrinə görə, mədəniyyət ocaqlarının bağlanması ölkədə mədəni düşüncənin formalaşmasına mənfi təsir göstərir, onsuz da onlar çox da yüksək maaş almırlar.

Parlament komitələri iki gündür ki, gələn ilin büdcəsini müzakirə edir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG