Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:11

Scorsese-nin yeni filminin təqdimatı Vatikanda 300 keşişin iştirakı ilə baş tutub


Amerika rejissoru Martin Scorsese.

Amerika rejissoru Martin Scorsese.

Martin Scorsese-nin uzun müddətdir gözlənilən “Suqunluq” filminin treyleri axır ki, internetdə ortaya çıxıb. Film dini mövzudadır. Bundan öncə 1988-ci ildə “Məshin son həvəsi” filmi ilə mühafizəkar xristian aləminin qəzəbinə hədəf olmuş Scorsesenin filmində Məsihlə Mariya Magdalene arasında seks səhnəsi əks olunmuşdu. Film Yunanıstan, Türkiyə, Meksika, Çili və Roma Papası Francisin bir zamanlar kardinal kimi fəaliyyət göstərdiyi Argentinada qadağan edilmişdi.

Buna görə də Scorsese-nin yeni filmini köhnə əməli üçün peşmanlıq kimi də qəbul etmək olar.

Buna da bax: Gənc Papanın həyatından bəhs edən qalmaqallı film gəlir

Film XVII əsrdə Yaponiyaya yollanmış iezuit missyonerlərindən bəhs edir. Romadan yola çıxan iki missyoner Yaponiyaya gedib yoxa çıxmış müəllimlərinin arxasınca, onu axtarmağa yollanırlar. Tanınmış amerikalı rejissor bundan öncə filminin Vatikanda Pontifik Universitetində 300 yezuit keşişinə göstərilməsinə icazə almaq üçün Papayla görüşəcəyini bildirmişdi.

Martin Scorsese-nin "Susqunluq" filminin treyleri.

Vatikan isə bundan bir neçə gün sonra yaydığı açıqlamada bildirib ki, Scorsese, arvadı və iki qızı ilə 15 dəqiqəliyinə Papa Francis-lə görüşüblər. Görüş çox səmimi keçib. Papa deyib ki, “Susqunluq” filminin mövzusunun götürüldüyü yapon yazıçı Shusaku Endo-nun eyni adlı romanını oxuyub.

Buna da bax: 2017-ci ildə "Oscar"a ən şanslı filmlər

Filmin premyerası noyabrın 29-u Vatikanda Pontifik Universitetində baş tutub, ancaq Papa filmə baxmağa gəlməyib. Xatırladaq ki, Papa Francis də gənclik dövründə iezuit ordeninə üzv olaraq Asiyaya, missiyonerliyə gedib, ancaq o səhhətində yaranan problemlər üzündən fəaliyyətini yarımçıq qoymalı olub.

Scorses bundan öncə çəkdiyi “Vəhşi öküz”, “Taksi sürücüsü”, “Məsihin son həvəsi” filmləri ilə ən yaxşı rejissor nominasiyasında Oscar alıb. Rejissorun bu filmi də 2017-ci il Oscara ən şanslı namizədlərdəndir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG