Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:00

NİDA Vətəndaş Hərəkatının həbsdə olan fəalı Elgiz Qəhrəmanın yaxın günlərdə məhkəməsi başlayır. Gənc fəal barəsində cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məlum olub ki, Elgiz Qəhrəmanın işinə Azad Məcidovun sədrlik etdiyi hakimlər kollegiyası baxacaq.

Yaxın günlərdə iş üzrə məhkəmənin hazırlıq iclası keçiriləcək.

Elgiz Qəhrəman avqustun 12-də saxlanıb və həmin gün barəsində CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs qətimkan tədbiri seçilib. Onu 12 ilədək azadlıqdan məhrum olunma təhlükəsi gözləyir.

Elgiz Qəhrəmanı bir həftə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlayıblar və vəkili yanına buraxmayıblar.

NİDA Vətəndaş Hərəkatı E.Qəhrəmanın siyasi motivlərlə həbs olunduğunu bəyan edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG