Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:29

Dekabrın 1-də ADA Universiteti və Amerika Ticarət Palatasının (AmCham) təşkilatçılığı ilə Bakıda ilk dəfə Azərbaycan-ABŞ biznes forumu keçirilir. Xəbəri «APA» informasiya agentliyi yayıb.

«AmCham»ın icraçı direktoru Natəvan Məmmədova forumda açılış nitqində ikitərəfli iqtisadi əlaqələrin inkişafı, yeni əlaqələrin yaradılması, yeni imkanların aşkarlanması yönündə forumun əhəmiyyətini vurğulayıb.

Foruma ADA Universiteti, xarici işlər, vergilər, iqtisadiyyat nazirlikləri, Gömrük Komitəsi, Azərbaycanın ABŞ-dakı və ABŞ-ın Azərbaycandakı səfirliklərinin təmsilçiləri qatılıblar.

Xəbərdə deyilir ki, forumun əsas məqsədi iki ölkənin biznes əlaqələrinin gücləndirilməsindən ötrü Azərbaycanı, onun iqtisadi potensialını, həmçinin imkan və perspektivlərini Amerika şirkətlərinə təqdim etməkdir.

Forumda «Bankçılıq və maliyyə», «Enerji və sənaye», «Kibertəhlükəsizlik və onlayn ticarət», «Kənd təsərrüfatı və ticarət», «Nəqliyyat» mövzuları üzrə sessiyalarda müzakirələrin aparılması gözlənilir.

1996-cı ildə yaradılmış «AmCham» 280-dən çox üzvdən və Azərbaycan iqtisadiyyatının hər bir sektorunda fəal tərəfdaşlardan ibarətdir. Palata Azərbaycanda xarici investisiyaların 80 faizini, eləcə də yerli investisiyalarının əhəmiyyətli hissəsini təmsil edir.

KOMİTƏ VƏ «AMCHAM» MEMORANDUM İMZALAYIB

Dekabrın 1-də Bakıda keçirilən biznes-forum çərçivəsində Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) ilə «AmCham» arasında anlaşma memorandumu imzalanıb. Xəbəri «Report» yayıb.

Memorandumu DGK tərəfindən qurumun sədri Aydın Əliyev, «AmCham» tərəfindən isə Palatanın prezidenti İlqar Vəliyev imzalayıblar.

Sənəd Palataya üzv şirkətlər üçün sərhəd-gömrük məntəqələrində malların və nəqliyyat vasitələrinin daşınmasında «yaşıl koridor» və digər keçid sistemlərinin istifadəsi üzrə razılaşmadan ibarətdir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG