Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:01

Bakıda «Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli» mövzusunda beynəlxalq konfrans keçirilir. Xəbəri «APA» informasiya agentliyi yayıb.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin sədrliyi ilə keçən konfransa Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri, dövlət, din xadimləri, Rus Pravoslav Kilsəsi və Gürcüstan Pravoslav Kilsəsinin nümayəndələri, bir sıra ölkələrin səfirləri və digər şəxslər qatılıblar.

Tədbirdə öncə Azərbaycan prezidenti İlham Əliyevin müraciəti oxunub, sonra Azərbaycanda multikulturalizmdən söz açan videoçarx göstərilib.

Allahşükür Paşazadə konfransda bildirib ki, tədbir dünyada irqi, milli, etnik qarşıdurmalar fonunda Qafqazda sülhə və onun qorunmasına xidmət edir. Şeyxülislam bu mənada Azərbaycanın tolerantlıq modelini nümunə göstərib.

Qafqaz Xalqları Ali Dini Şurası 1992-ci ildə yaradılıb. Bu Şuraya Azərbaycan və Şimali Qafqaz xalqlarının dini xadimləri daxildir. Elə qurumun həmin il keçirilən təsis konfransında QMİ sədri A.Paşazadə onun sədri seçilib və indiyə kimi də sədri olaraq qalır.

Rəsmilər ölkəni dini tolerantlıq nümunəsi kimi göstərsələr də, ayrı-ayrı dini icmalar təzyiqlərdən, qeydiyyata alınmamaqdan şikayətlənir. Bu əngəllər ABŞ Dövlət Departamentinin dünyada din azadlığına dair illik hesabatında da yer alır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG