Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:39

Birləşmiş Ştatlarda məscidlərə nifrət dolu xəbərdarlıq məktubları göndərilir. Bu barədə ABŞ-ın Kaliforniya, Ohayo və bəzi başqa ştatlarının məscidlərindən məlumat veriblər.

Polisin dediyinə görə, məscidlərə göndərilmiş elektron məktubların hamısı bir əlyazmanın surətindən ibarətdir. Məktub «Şeytanın uşaqlara müraciəti» formasında yazılıb, müsəlmanları ABŞ-dan çıxmağa çağırır, əks halda soyqırımı ilə hədələyir.

Amerika-İslam Əlaqələri Şurası Federal Tədqiqatlar Bürosundan (FBI) məsələnin araşdırılmasını istəyib. FBI bildirib ki, məktublar nə qədər təhrikçi və dəhşətli olsalar da, araşdırmaya dəyəcək qədər təhlükəli deyillər.

Məscidlərə göndərilən məktublarda deyilir ki, yeni prezident Donald Trump müsəlmanlara Hitler-in yəhudilərə etdiyini edəcək.

ABŞ polisi son günlər ölkədə irqi və dini zorakılığın artdığını, belə cinayətlərin daha çox qeydə alındığını bildirir. Tənqidçiləri buna görə D.Trump-ı günahlandırır, onun seçki kampaniyası zamanı müsəlmanların əleyhinə danışdığından durumu dəyişdiyini deyirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG