Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:51

Yataqxanada yanğınla bağlı 6 nəfəri tutublar


Türkiyədə məktəb yataqxanasında yanğından sonra 6 nəfəri həbs ediblər. Tutulanlar məktəbin direktoru və 5 başqa işçisidir.

Noyabrın 29-dan 30-na keçən gecə Türkiyənin Adana vilayətində qız məktəbinin yataqxanasında güclü yanğın olub, 11 şagird, 1 müəllim ölüb, 20-dən çox yaralı var. Ölənlərin hamısı 11-14 yaşlı qızlardır.

Hadisəyə qısaqapanmanın səbəb olduğunu güman edirlər. Rəsmi məlumata görə, uşaqlar yanan qapını aça bilmədiklərindən içəridə qalıblar, bəziləri canını qurtarmaqdan ötrü pəncərədən atılıb.

Türkiyədə elektrik şəbəkələrinin, binaların köhnəliyi, taxta tikililərdən istifadə tez-tez yanğınlara səbəb olur, amma bu qədər itki nadir hallarda baş verir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG