Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:12

Qiyamçılar Hələbin 1/3-ə nəzarət edir


Son günlər Hələbdən qaçanların sayı 50 mini keçir.

Son günlər Hələbdən qaçanların sayı 50 mini keçir.

Suriya ordusu Hələbin şərqində xeyli irəli getdiyini bəyan edib. Qiyamçılar bunu inkar edir, Suriya və onun müttəfiqi Rusiya silahlı qüvvələriylə axıra qədər döyüşəcəklərini deyirlər.

Britaniyadakı «Suriyanı müşahidə şurası» qiyamçılarla əlaqə saxlayaraq, onların şəhərin, hələ ki, 1/3 hissəsinə nəzarət etdiyini bildirib.

Son günlər Hələbdən qaçanların sayı 50 mini keçir. İnsan haqları təşkilatlarının məlumatına görə, ordu dağıdılmış əraziləri tərk etməyə çalışan yüzlərlə adamı tutub, sorğu-suala çəkir. Suriya hökuməti bu xəbəri təkzib edib.

«Suriyanı müşahidə şurası» noyabrın 30-da Hələbin mərkəzinin intensiv şəkildə bombalandığını, azı 45 sakinin həlak olduğunu bildirir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG