Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:04

3 ştatda səslər yenidən sayılır


Trump
Trump

Noyabrın 8-dəki prezident seçkilərində Yaşıllar partiyasından namizəd olan Jill Stein Miçiqan ştatında səslərin yenidən və bütünlüklə əllə sayılması müraciətini edib.

Jill Stein eyni müraciəti Pensilvaniya və Viskonsin ştatları ilə bağlı da edib.

Respublikaçı Donald Trump hər 3 ştatda qalib gəlib. Ancaq onun üstünlüyü cüzi olub. Məsələn, həmin Miçiqanda 4,8 milyon adam səs verib. Trump demokrat partiyasının namizədi Hillary Clintona cəmi 10 min 704 səslə qalib gəlib.

Miçiqanda səslərin yenidən sayılması cümə günü – dekabrın 2-də başlanacaq.

Respublikaçılar deyirlər ki, yenidən sayma 973 min dollara başa gələcək, bunun pulunu Steindən almaq lazımdır.

Viskonsin ştatının seçki Komissiyası Administratoru Mike Haas isə deyib ki, ştatda seçki komissiyası üzvləri ştatda cəmi 30 min səs alan namizədin tələbi ilə səsləri yenidən saymaq tələbindən narazıdılar, ancaq bunu qanun tələb edir və o ümid edir ki, bu iş peşəkarlıqla yerinə yetiriləcək.

Viskonsində Trump Clintona cəmi 1 faiz səs üstünlüyü ilə qalib gəlib.

Viskonsin ştatından Respublika Partiyası Federal Seçki Komissiyasına şikayət verib.

Şikayətdə deyilir ki, bu səs sayma tələbindən udan yalnız bir nəfər ola bilər, o da Hillary Clintondur.

Şikayətdə iddia olunur ki, bütün bu yenidən səs sayma tələblərini kənardan Clinton idarə edir və Steinə bu iş üçün 7 milyon dollar toplamağa kömək edib.

Associated Press Agentliyinin məlumatına görə, hər 3 ştatda Trumpın qələbəsi çətin ki, dəyişə. Ancaq vəziyyət dəyişsə, onda Seçki Kollegiyasında vəziyyət də Hillary Clintonun xeyrinə dəyişəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG