Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:15

İnvestisiya layihələrini "Tik, idarə et, təhvil ver" modelinə uyğun həyata keçirən investorlar dövlət rüsumundan azad ediliblər.

Prezident İlham Əliyev noyabrın 30-da “Dövlət rüsumu haqqında” qanuna bununla bağlı dəyişiklik edilməsini nəzərdə tutan qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

Buna da bax:​ “Tik, idarə et, təhvil ver” qanunu keçdi

“Dövlət rüsumu haqqında” Qanunun 3.3-cü maddəsində göstərilir ki, layihələrini "Tik, idarə et, təhvil ver" modelinə uyğun həyata keçirən investorlar dövlət rüsumları ödəməyəcəklər.

"Tik, idarə et, təhvil ver" modelinin əsas mahiyyəti ondan ibarətdir ki, dövlət müqavilə əsasında infrastruktur obyektlərin tikintisini, onların maksimum 49 il müddətinə idarə edilməsini və gəlirləri investorlara təklif edir.

Buna da bax:​ 'Tik, idarə et, təhvil ver' rüsumdan azad olundu

Bu müddət bitdikdən sonra, həmin obyektlər əvəzsiz qaydada dövlətə təhvil verilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG