Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:20

Rusiya prezidenti Vladimir Putin Maksim Oreşkini İqtisadi inkişaf naziri vəzifəsinə təyin edib.

34 yaşlı Oreşkin bundan əvvəl nazir müavini idi.

O, bundan əvvəl prezidentlə görüşündə ölkə iqtisadiyyatına əngəl olan struktur maneələrin aradan qaldırılacağını vəd edib.

Maksim Oreşkin beləliklə Rusiyada ən cavan nazir olub.

Nazirlikdə makroiqtisadi məsələlər baxan Oreşkin bunadək “VTB Kapitale” və “Eosbank” da çalışıb.

Qeyd edək ki, keçmiş nazir Aleksey Ulyukayev bu günlərdə rüşvət ittihamı ilə işdən kənarlaşdırılıb, ona qarşı rəsmi cinayət işi qaldırılıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG