Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:13

Neft istehsal edən ölkələrin birləşdiyi OPEC təşkilatı neft istehsalını 1,2 milyon barrel azaltmaq razılığına gəlib.

“Bloomberg” agentliyinin məlumatına görə, Vyanada əldə edilmiş razılaşmada istehsalın sutka ərzində 32,5 milyon barelə endirilməsi barədə qərar qəbul edilib.

OPEC təşkilatı sentyabrın sonunda Əlcəzair görüşündə istehsalı 32,5-33 milyon berrelə salmaq razılığına gəlsə də yekun hədd müəyyən edilməmişdi.

Son məlumatdan sonra dünya bazarında Brend markalı neftin barreli 51 dollar olub.

OPEC-in nümayəndələri bundan əvvəl bildirimişdilər ki, bu qərara görə neftin bareli 55 dollara qalxa bilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG