Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:10

Almaniya əks-kəşfiyyatının müsəlman işçisinin həbs edildiyi bildirilir


Foto arxiv

Foto arxiv

Almaniyada Federal Konstitusiya Mühafizəsi İdarəsinin keçmiş əməkdaşı həbs edilib.

Reutersin məlumatına görə, o, islamçılarla əlbir olmaqda ittiham olunur.

Almaniya mətbuatının yazdığına görə, islam dinini qəbul etdiyi bildirilən 51 yaşlı həmin Almaniya vətəndaşı islamçı saytlara məxfi informasiyalar təklif etməkdə şübhəli bilinir.

Onun adı açıqlanmır, amma 2016-cı ilin aprelinədək əks-kəşfiyyatda işlədiyi iddia edilir.

Federal Konstitusiya Mühafizəsi İdarəsi-nin nümayəndəsi məsələyə aydınlıq gətirməkdən imtina edib.

O, “Die Welt” qəzetinin həmin adamın idarənin Kölndəki mərkəzi ofisində partlayış törətmək istəməsi barədə yaydığı məlumata da aydınlıq gətirməyib.

Almaniya hakimiyyəti bu ilin yayında “İslam Dövləti” qrupundan 2 terror təhlükəsi barədə məlumat aldıqdan sonra, islamçı qruplar və ayrı-ayrı şəxslər üzərində nəzarəti gücləndirib.

Xüsusi xidmətin məlumatına görə, hazırda Almaniyada 40 minədək islamçı var ki, onların 9 mindən çoxu sələfilərdir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG