Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:16

“Biz makroiqtisadi sabitləşməyə nail olmaqla insanların, müəssisələrin gəlirlərinin itirilməsinin qarşısını almalıyıq. Makroiqtisadi sabitliyə nail olmasaq, heç bir investor bizə inanmayacaq”.

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov noyabrın 30-u Milli Məclisin bir neçə komitəsinin birgə iclasında 2017-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı belə deyib.

Buna da bax:​ Ehtiyac meyarı 11 manat artırılacaq

APA-nın xəbərinə görə, E.Rüstəmov tədiyyə balansının əsasını təşkil edən cari əməliyyatlar balansının tarazlığa çox yaxın olduğunu bildirib. O, qeyd edib ki, manatın məzənnəsinin əhəmiyyətli korreksiyası 2015-2016-cı ildə xidmətlər və mal ixracının təxminən 6 milyard azalmasına səbəb olub.

Ancaq Mərkəzi Bankın rəhbəri problemlərin qalmaqda olduğunu da vurğulayıb.

Buna da bax: Büdcədə yarışlara 317 milyon ayrılıb, amma... [video]

“Bizim çoxdan toplanmış problemlərimiz, borclanmalarımız, şirkətlərə zəmanət verilən borclar var. Hazırda bu borclar reallaşır. Beynəlxalq Bankın xarici borclanması var. Köhnədən qalan bu borcları verməyə məcburuq. Bu amil bazara çox ciddi təsir göstərə bilir. Eyni zamanda, biz çox nəhəng layihə həyata keçiririk, bu, TANAP layihəsidir. Bu layihəni maliyyələşdirmək üçün ölkə valyuta resurslarını müəyyən dərəcədə gərginləşdirməyə məcbur olur. Yəni, bu layihə də bizim tədiyyə balansının kapitalın hərəkəti hissəsinə təsir edir. Əgər bütün bunları qiymətləndirsək, bütövlükdə tədiyyə balansının bu il gözlənilən 5 milyard dollarlıq mənfi saldosu əhəmiyyətli rəqəmdir. Onun 88-90 faizi məhz kapitalın hərəkəti ilə bağlıdır. Yəni, bu, keçmiş və gələcəklə bağlıdır. Başqa sözlə, keçmişdə götürülmüş borclarla və gələcək layihələrimizlə əlaqədardır”, E.Rüstəmov deyib.

Buna da bax:​ Tarixi abidə TANAP-da işi dayandırıb

TANAP (Trans-Anadolu Qaz Kəməri) və TAP (Trans-Adriatik Qaz Kəməri) Cənub Qaz Dəhlizi layihələrinin tərkibidir. Bu layihə Azərbaycan qazının Avropaya çatdırılmasını nəzərdə tutur.

Buna da bax:

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG