Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:01

ABŞ prezidenti seçilmiş Donald Trump biznesdən birdəfəlik gedəcəyini vəd edib.

O, Dekabrın 15-də Nyu-Yorkda bununla bağlı böyük mətbuat konfransı keçirəyini bildirib və qeyd edib ki, Amerikanı bir daha böyük və qüdrətli eləmək üçün bütün səylərini ölkənin idarəçiliyinə yönəltmək fikrindədir.

Bunu 45-ci ABŞ prezidenti seçilmiş Trump-un özü noyabrın 30-da Tvitter səhifəsində yazıb.

Trump qeyd edib ki, qanuna görə o biznüsdən tam getməyə də bilər, amma bu prezident kimi mənim üçün çox vacibdir ki, müxtəlif sahələrdəki biznesimlə işim arasında maraqların toqquşması baş verməsin.

CNN-nin məlumatına görə, hazırda Trampın nəzarətində 500-dək şirkəti var ki, onlardan azı 150-si xaricdə fəaliyyət göstərir. O, "Forbes" in reytinq siyahısında təxminən 4 milyard dollarla 475-ci yerdə gəlir.

Trump-un Azərbaycanda biznesi olmasa da nəqliyyat nazirinin oğlu və iş adamı Anar Məmmədov onun brendini alaraq Bakıda Hotel tikdirib

Bəzi müxalifət fəalları hesab edirlər ki, bu Azərbaycan hökumətilə yeni ABŞ administrasiyası arasındakı münasibərlərə təsir göstərə bilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG