Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:35

Cəlilabad Rayon Məhkəməsində jurnalist Əfqan Sadıqovun işi üzrə noyabrın 30-a təyin olunmuş iclas təxirə salınıb.

Proses vəkil Elçin Sadıqovun xahişi ilə, onun iş materialları ilə tanış olması məqsədilə təxirə salınıb. Bu barədə E. Sadıqov özü məlumat yayıb.

İclas dekabrın 1-i saat 15:00-a təyin edilib.

Buna da bax:​ Cəlilabadda sahibi həbs olunan kimi sayt da yoxa çıxdı

E.Sadıqov jurnalistlə görüşüb. O, bildirib ki, peşə fəaliyyətinə görə, xüsusən rayondakı qanunsuzluq faktlarını ictimailəşdirdiyinə görə həbs olunub və özünü təqsirli bilmir.

Azel.tv saytının təsisçisi və redaktoru A.Sadıqov noyabrın 22-də saxlanıb. Ona qarşı CM-in 127.2.3-cü maddəsi (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Buna da bax: Mətbuat Şurası 'mətbuatın düşmənləri' barədə

Söhbət avqustda rayon icra hakimiyyətinin binasında bir qadınla baş vermiş insidentdən gedir. Vəkil jurnalistin zorakılığa məruz qaldığını desə də istintaq tamam əksini düşünür.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG