Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:19

Noyabrın 30-da Milli Məclisin komitələrində 2017-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi başlayıb.

«Turan» agentliyi xəbər verir ki, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib ki, hökumət gömrük rüsumlarının artırılması məsələsini nəzərdən keçirir.

Xəbərdə qeyd edilir ki, Nazirlər Kabineti monitorinqlərin əsasında qərar çıxaracaq. Lakin son sözü dövlət başçısı deyəcək.

Noyabrın 1-dən bəzi kənd təsərrüfatı məhsulları, inşaat materialları və spirtsiz içkilərin gömrük rüsumu 2 il müddətinə artırılıb. Bu da istehlakçıların alıcılıq qabiliyyətinə təsir göstərib. Nəticədə Azərbaycanda istehlak olunan malların da qiyməti artıb.

Layihədə 2017-ci il dövlət büdcəsinin gəlirləri 15 milyard 955 milyon manat, xərcləri isə 16 milyard 600 milyon manat göstərilir. Ekspertlər gələn ilin büdcəsini son 10 ilin ən kiçik büdcəsi sayırlar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG