Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:59

Noyabrın 30-da müdafiə naziri Zakir Həsənov rusiyalı həmkarı Sergei Shoigu ilə görüşüb. Z.Həsənov MDB Müdafiə Nazirləri Şurasının Moskvada keçirilən 71-ci iclasında iştirak edir.

AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında hərbi və hərbi-texniki əməkdaşlığın inkişafı perspektivləri müzakirə edilib.

S.Shoigu hər iki ölkənin müdafiə nazirliklərinin beynəlxalq terrorla mübarizədə birgə işlədiyini, hərbi əməkdaşlıq sahəsində nəzərdə tutulan planların yerinə yetirildiyini vurğulayıb.

«Bu gün Azərbaycan Xəzər regionunda təhlükəsizlik forpostudur. Ona görə də biz bu sahədə daha səmərəli əməkdaşlıq etməliyik. Ümid edirik ki, 2017-ci ildə iki ölkənin hərbi dəniz donanma komandanlığının Xəzərdə təhlükəsizlik məsələlərinin nizamlanması ilə bağlı strukturunun yaradılmasına nail olacağıq», - rusiyalı nazir deyib.

Z.Həsənov Azərbaycan ilə Rusiya arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığın inkişaf etdiyini bildirib. Bu görüşün hər iki ölkəyə səmərəli olacağını deyib. O, hərbi kadrların hazırlanması məsələsinə toxunaraq bildirib ki, hazırda Rusiya ali hərbi məktəblərində 80-dən çox azərbaycanlı kursant təhsil alır.

Görüşün sonunda iki ölkənin müdafiə nazirlikləri arasında 2017-ci il üzrə əməkdaşlıq planı imzalanıb.

Z.Həsənov noyabrın 29-da Moskvaya gedib.

Azərbaycan cəmiyyətində bəzi dairələr isə Rusiya ilə hərbi əməkdaşlığa elə də nikbin yanaşmırlar. Onlar bu il Rusiyanın Ermənistana «Iskander» raket kompleksi verməsini nəzərdə tutaraq, onu gerçəkdə Azərbaycanın təhlükəsizliyini təhdid etməkdə günahlandırırlar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG