Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:19

«Kommunal xidmətlərin bahalaşması insanlara əlavə yük olacaq. İstər-istəməz digər məhsulların qiyməti də artacaq və ciddi problemlər yaranacaq».

«Report»un xəbərinə görə, bunu deputat Vahid Əhmədov noyabrın 30-u parlamentin komitələrində 2017-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.

Deputat deyib ki, əhalidən kommunal xidmətlər üzrə ödənişlərin yığılması, ən yaxşı halda, 75 faizə çatırdı. Bundan sonra bu hədd aşağı düşəcək.

V.Əhmədov özəlləşdirmə proqramının bəzi mənfi məqamlarına da diqqətə çatdırıb: «Təkcə dəmiryolunda 3 min 500 həkim işləyir. Bunlar nə olacaq?. Bu insanlara əlavə iş yeri və yaxud 3 aylıq kompensasiya verilməlidir».

2016-cı ildə Azərbaycanda özəlləşdirmənin yeni mərhələsi başlayıb. Dəmir Yol Xəstəxanası və bir çox səhiyyə ocaqlarının özəlləşdirilməsi nəzərdə tutulur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG