Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:08

Siyasi məhbus sayılan şəxslərlə bağlı 160 nəfərlik siyahının Avropa Parlamentinə təqdim edildiyi bildirilir.

Bu barədə «Siyasi Məhbuslarsız Azərbaycan» İctimai Alyansının rəhbəri Oqtay Gülalıyev məlumat yayıb

O.Gülalıyev bildirib ki, hazırda mühacirətdə olan hüquq müdafiəçisi Leyla Yunus noyabrın 28-də Avropa Parlamentində Azərbaycana həsr olunmuş dinləmələrdə çıxış edib.

«O, 160 nəfərlik siyahını Avropa Parlamentinə təqdim edib və deputatları onların azad edilməsindən ötrü fəal mübarizəyə səsləyib»-deyə O.Gülalıyev bildirib.

Hazırda Azərbaycandakı hüquq müdafiə təşkilatlarının əlində siyasi məhbus sayılan şəxslərlə bağlı iki siyahı var. Digər siyahıda isə siyasi məhbus sayı 144 göstərilir.

Azərbaycanın hökumət rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikri ilə razılaşmırlar. Onlar deyir ki, «siyasi məhbus» adlandırılan şəxslər məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG