Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:52

Şəkidə türk dünyasının paytaxtını seçəcəklər


Şəki Xan sarayı
Şəki Xan sarayı

Dekabrın 1-də və 2-də Şəkidə TÜRKSOY Daimi Şurasının 34-cü toplantısı və «Şəki – Türk dünyasının mədəniyyət paytaxtı 2016» ilinin bağlanış mərasimi keçiriləcək.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, tədbirin rəsmi açılış mərasimi dekabrın 1-də saat 10:00-da Şəkidə «Marxal otel»də baş tutacaq.

Açılış mərasimindən sonra toplantı sessiyada işinə davam edəcək.
TÜRKSOY mədəniyyət nazirlərinin Daimi Şurasının 34-cü iclasının gündəliyinə qurumun ötən il ərzində həyata keçirdiyi fəaliyyətlərin qiymətləndirilməsi, ənənəvi festivalların, cari və yeni layihələrin müzakirəsi, üzv ölkələr arasında mədəniyyət sahəsindəki əməkdaşlığın daha da genişləndirilməsi və s. məsələlər daxil edilib.

İclasda türk dünyasının 2017-ci il üçün mədəniyyət paytaxtı olacaq şəhərin açıqlanacağı da gözlənilir.

Toplantının sonunda yekun bəyannamə imzalanacaq və mətbuat konfransı keçiriləcək.

Elə həmin gün Şəki Dövlət Dram Teatrında TÜRKSOY Rəsm Sərgisinin açılışı və «Şəki – Türk dünyasının mədəniyyət paytaxtı 2016» ilinin bağlanış mərasimi düzənlənəcək.

Dekabrın 2-də qonaqlar üçün Şəki Xan sarayı, Karvansara və s. görməli yerlər də daxil olmaqla, Şəki gəzintisi təşkil olunacaq.

Ötən il Türkmənistanın Mərv şəhərində keçirilmiş TÜRKSOY mədəniyyət nazirlərinin Daimi Şurasının 33-cü iclasında Azərbaycanın tarixi və mədəni şəhəri kimi Şəki türk dünyasının 2016-cı il üçün mədəniyyət paytaxtı seçilmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG