Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:20

Azərbaycan və Rusiyanın daxili işlər orqanları noyabrın 21-dən 27-dək hər iki ölkənin sərhədyanı rayonlarının ərazisində «Sərhəd-Sipər» şərti adı altında kompleks əməliyyat-axtarış tədbirləri keçiriblər.

Bu barədə noyabrın 30-da Azərbaycan Daxili İşlər Nazirliyi məlumat yayıb.

«Quba,Qusar, Xaçmaz, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarını əhatə edən tədbirlər nəticəsində müxtəlif cinayətlər törətdiklərinə görə axtarışda olan 27 şəxs tutulub. Onlardan 18 nəfər Rusiya Federasiyasının axtarışında olub. İtkin düşmüş 5 nəfərin yeri müəyyənləşdirilib. Qanunsuz saxlanan 5 avtomat, 8 tapança, 67 tüfəng, 30 əl qumbarası, 38 silah sandıqçaları, 30 ədəd müxtəlif hərbi ləvazimat, 1 mərmi və 8611 müxtəlif çaplı patron götürülüb»,-deyə məlumatda qeyd edilir.

Məlumatda bildirilir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqədar 5 fakt aşkar olunub. Qanunsuz dövriyyədən 1.1 kiloqram narkotik vasitə çıxarılıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG