Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:19

Azərbaycanın 2017-ci ilin dövlət büdcəsi layihəsində siyasi partiyalara 2.5 milyon manat həcmində vəsaitin ayrılması nəzərdə tutulub.

«Report»un xəbərinə görə, maliyyə naziri Samir Şərifov bu barədə noyabrın 30-da parlamentin 4 komitəsinin birgə iclasında deyib.

«Siyasi partiyalar haqqında» Qanuna əsasən, parlamentdə təmsil edilən siyasi partiyalara maliyyə yardımları edilir. Hakimiyyətə tənqidi mövqeləri ilə seçilən AXCP və Müsavat bu imkandan yararlana bilmir. Onlar parlamentdə təmsil edilmirlər.

Hər iki partiya 2015-ci il noyabrın 1-də keçirilən parlament seçkilərinin total şəkildə saxtalaşdırıldığını bəyan ediblər. Həmin seçkilərdə parlamentdəki 125 yerin 70-dən çoxunu hakim Yeni Azərbaycan Partiyası qazanıb. Qalanların böyük əksəriyyəti bitərəflərdir. 10 yaxın mandat isə parlamentə azlıqda qalan digər partiyaların təmsilçilərinə məxsusdur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG