Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:20

«Bu ilin sonuna Azərbaycanda 58 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsalı gözlənilir».

APA-nın xəbərinə görə, bunu Milli Məclisin 4 komissiyasının birgə iclasında 2017-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsində maliyyə naziri Samir Şərifov deyib.

Nazirin bildirməsinə görə, bu ilin sonuna iqtisadiyyatın 2.8 faizlik resessiyaya (geriləmə) məruz qalacağı gözlənilir.

«Bu il qlobal iqtisadiyyatda baş verən proseslərin ölkə iqtisadiyyatına təsirinin azaldılması istiqamətində müvafiq tədbirlər görülür. Cari ildə görülən tədbirlərin 2017-ci ildə də davam etdirilməsi, genişləndirilməsi, yeni çağırışlara baxmayaraq, makroiqtisadi sabitliyin qorunması əsas hədəflərdəndir», - deyə nazir vurğulayıb.

Layihədə 2017-ci il dövlət büdcəsinin gəlirləri 15 milyard 955 milyon manat, xərcləri isə 16 milyard 600 milyon manat göstərilir. Ekspertlər gələn ilin büdcəsini son 10 ilin ən kiçik büdcəsi sayırlar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG