Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:20

ABŞ-ın Ohayo ştatında tələbələrə hücuma görə məsuliyyəti «İslam Dövlət» (İŞİD) üzərinə götürüb. İŞİD-ə yaxın olan «Amaq» xəbər agentliyinin yaydığı məlumatda belə deyilir.

Noyabrın 28-də Ohayo Dövlət Universitetinin bir tələbəsi avtomobilini məktəbin həyətində gəzənlərin üstünə sürüb, sonra da maşından düşərək qarşısına çıxanı bıçaqlamağa başlayıb. Polis onu atəş açaraq öldürüb. Hadisə nəticəsində 11 yaralı var, bir nəfərin vəziyyəti ağırdır.

Hadisəni törədənin Somalidən köçmüş ABŞ vətəndaşı, 18 yaşlı müsəlman Abdul Razak Ali Artan olduğu müəyyən edilib. Şahidlər onunçox sakit hərəkət etdiyini danışırlar.

İŞİD bildirir ki, tələbə bu hücumu onun çağırışlarına cavab olaraq törədib. İŞİD ekstremistləri internetdə bıçaq və nəqliyyat vasitələri ilə hücumları öyrədən yazılar dərc edirlər. Noyabrın 27-də müsəlman olmayan qərblilərə bu cür hücumları təbliğ edən video da yayımlanıb.

ABŞ polisi hadisənin terror aktı olub-olmadığını araşdırdığını bildirib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG