Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:19

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) rəhbəri yeni seçilmiş prezident Donald Trump-a xəbərdarlıq edib. O, İranla nüvə razılaşmasının pozulmasının «qorxulu» və «axmaqlıqdan ötə» olduğunu söyləyib.

2016-cı ilin yanvarında dünya liderlərinin əldə etdiyi razılaşma İranın nüvə proqramının qabağının alınmasını, İrana sanksiyaların yumşaldılmasını nəzərdə tutur. Amma yanvarda prezident kimi fəaliyyətə başlayacaq D.Trump bu razılaşmanın yolverilməz olduğunu, iş başına keç kimi anlaşmanı ləğv edəcəyini deyib.

CIA rəhbəri John Brennan BBC-yə müsahibəsində bildirib ki, müqavilənin pozulması İran mühafizəkarlarının güclənməsinə, İrandan ilham alan digər ölkələrin də nüvə proqramını inkişaf etdirməsinə səbəb ola bilər.

J.Brennan 4 ildir ki Mərkəzi Kəşfiyyat İdarəsinə rəhbərlik edir. Yanvarda D.Trump administrasiyanın başına keçəndən sonra o da ofisini tərk edəcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG