Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:19

Bakı metrosunda intihara cəhd olduğu bildirilir.

«Bakı Metropoliteni»QSC-nin mətbuat katibi Nəsimi Paşayev APA-ya bildirib ki, noyabrın 30-u saat 09:20 radələrində bir kişi özünü «İçərişəhər»-«Həzi Aslanov» istiqamətində 13 saylı marşrut üzrə hərəkət edən qatarın altına atıb.

Araşdırmalar zamanı həmin şəxsin Nardaran sakini, 1951-ci il təvəllüdlü Nəsir Əhmədov olması müəyyən edilib.

Xəbərdə qeyd edilir ki, maşinistin sayıqlığı nəticəsində qatarı dərhal saxlamaq mümkün olub. Qatar dərhal dayandırılıb, gərginlik kəsilib və sərnişin qatarın altından çıxarılıb. N.Əhmədov relslərin arasına düşdüyündən sağ qalıb. O, sağ topuğundan xəsarət alıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Son illər Azərbaycanda intihar hallarının artdığı bildirilir. Müstəqil ekspertlər bu olayların əsl səbəblərinin araşdırılmasından ötrü müstəqil mərkəzin yaradılmasını təklif edirlər. Onlar hesab edirlər ki, hakimiyyət orqanları intiharların gerçək səbəblərini ictimaiyyətdən gizlədirlər.

Daxili İşlər Nazirliyindən bildirildiyinə görə, bu ilin 9 ayında ölkədə 500 intihar olayı baş verib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG