Keçid linkləri

2017, 20 Yanvar, Cümə, Bakı vaxtı 16:33

BMT Hələblə bağlı təcili toplantı çağırıb


BMT Təhlükəsizlik Şurası

BMT Təhlükəsizlik Şurası

BMT Təhlükəsizlik Şurası Suriyadakı durumla bağlı təcili toplantı keçirir.

Suriya və müttəfiq Rusiyanın silahlı qüvvələri Hələb şəhərini qiyamçılardan almaqdan ötrü genişmiqyaslı əməliyyatlar keçirir. Son bir neçə gündə şəhərdə yüzlərlə adam ölüb. Qırmızı Xaç Komitəsi axır 72 saat ərzində Hələbdən 20 min adamın qaçdığını bildirib. BMT-nin Suriya elçisi Hələbin cəhənnəmə döndüyünü deyib.

Fransanın BMT-dəki təmsilçisi Francois Delattre beynəlxalq aləmi bu duruma reaksiya verməyə, hələblilərə yardım etməyə çağırıb. «Fransa və onun müttəfiqləri II Dünya müharibəsindən bu yana ən böyük insan soyqırımına biganə qala bilməz», - F.Delattre belə deyib.

Amma Suriyayla bağlı əvvəlki cəhdlərin nəticə verməməsi ümidləri yoxa çıxarıb.

XS
SM
MD
LG