Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:44

Neft ölkəsi Venesuelada "1 qram pendir 1 qram puldan bahadır"


Venesuelalılar qonşu Kolumbiyaya ərzaq almağa gedirlər
Venesuelalılar qonşu Kolumbiyaya ərzaq almağa gedirlər

Venesuelanın paytaxtı Karakasda satıcı tərəzidə pendir çəkir, sonra isə alıcıdan aldığı pulu da həmin tərəzinin gözünə qoyur, onu da çəkir..

Bunu Bloomberg yazır. Neft ölkəsi Venesuelanın pulu - bolivar dəyərdən elə düşüb ki, onu daha saymırlar, tərəzidə çəkirlər. Ərzaq satan deyir ki, 1 qram pendir indi 1 qram puldan bahadır.

Ən böyük əskinas 100 bolivardır. 100 bolivara Venesuelada qara bazarda ən çoxu 10 Amerika senti verirlər.

İndependent qəzeti də yazır ki, Venesuelada pulu tərəzi ilə çəkməyə başlayıblar.Yerli sakinlər dükana çantalarla gedir. Bu çantalar mal almaq üçün deyil, onların içində pul aparırlar.

Maaş alnlar da pulu evə torbada gətirir. 26 yaşlı Jose Marcano deyir ki, aldığı maaşı evə plastik torbada aparır və həmişə qorxur ki, əlində torba görüb, yolda onu soyarlar.

2016-cı ildə Venesuelada inflyasiya 720 faizdir.

BVF-nun proqnozuna görə, gələn il Venesuelada inflıyasiya 1640 faiz olacaq.

Hökumət pul çapını nəzərdən keçirir ki, infllyasiyaya uyğun olaraq yeni əskinaslarda sıfırların sayı artlrılsın. Milli bank bu fikrə reaksiya verməyib. Ancaq Con Hopkins Univesitetinin iqtisadçısı Steve Hanke deyir ki, “Bu, artıq ağ bayraq qaldlırmaqdır, bu o deməkdir ki, vəziyyət nəzarətdən çıxıb”.

Sonda xatırladaq ki, sübut olunmuş neft ehtiyatına görə Venesuela dünyada birinci yerdədir. Qaz ehtiyatına görə Venesuela dünyada 8-ci yerdədir. Dünyada neftin qiymətinin düşməyi ilə Venesuelada iqtisadi böhran başlandı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG