Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:05

“Düşünürəm ki, Cinayət Məcəlləsinin bir sıra maddələrinə yenidən baxılmalıdır. İstisna hal kimi ağır cinayətlər, arvadının başını kəsən, azyaşlıları zorlayıb öldürənlərə ölüm hökmünü bərpa etməyin vaxtıdır”.

Modern.az-ın xəbərinə görə, parlamentin noyabrın 29-da keçirilən iclasında deputat Elmira Axundova belə təkliflə çıxış edib.

Deputat diqqəti məişət sahəsində törədilən cinayətlərin ağırlığına yönəldib:

“Statistikaya görə, qadınların öz ərləri tərəfindən öldürülməsinin sayı yüksək templə artır”.

Buna da bax:​ Erdoğan ölüm cəzasını bərpa etməyə hazırlaşır

Azərbaycanda ölüm hökmü Avropa Şurasının istəyi ilə 1998-ci il fevralın 10-da ləğv edilib. O vaxta qədər ölüm hökmünə məhkum edilən, lakin cəzaları icra olunmayan 128 nəfərə həyatları bağışlanıb.

Azərbaycanda yalnız ağır, xüsusilə ağır cinayətlərdə məhkum olunan şəxslərə ölüm hökmü elan edilib.

Buna da bax: “Cəllad ölkələrin” adları açıqlanıb

Dünyanın bəzi ölkələrində hazırda edam cəzaları öncədən planlaşdırılmış cinayətlər, casusluq, vətənə xəyanət, əxlaqsızlıq və başqa cinayətlərə görə tətbiq edilir. Bəzi müsəlman ölkələrində zina, uşaqbazlıq kimi cinayətlərə, həmçinin dinini dəyişənlərə ölüm hökmü kəsilir.

Türkiyə hakimiyyəti də indi ölüm hökmünü ləğv etmək istəyir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG