Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:12

Qaçqın böhranından bəhs edən komediya Almaniyada ən çox baxılan film oldu


Simon Verhoeven-nin “Hartmangilə xoş gəldiniz” filmindən bir səhnə.
Simon Verhoeven-nin “Hartmangilə xoş gəldiniz” filmindən bir səhnə.

Almaniyada yeni çəkilmiş “Hartmangilə xoş gəldiniz” (Willkommen bei den Hartmanns) ölkə içi prokatdan 20 milyon dollardan çox gəlir gətirərək, bu il ən çox baxılan alman filmləri arasında birinci yerə çıxıb. Bu haqda "Hollywood reporter" xəbər verir

Simon Verhoevenin çəkdiyi film Avropadakı qaçqın böhranına həsr edilib. Film həftə sonları 230 min nəfər tərəfindən baxılaraq 2,1 milyon pul qazanıb. Almaniyada filmə baxanların ümumi sayı isı 2,1 milyon nəfərdir. Xatırladaq ki, Verhoeven-nin bundan öncəki “Şəhərdə kişilər” (2009) filmi də prokatdan 20,3 milyon dollar pul qazanmışdı.

Buna da bax: “Almaniya İslamı” necə olur?

Filmdə baş rolda oynayan qocaman alman aktrisası Senta Berger-in canlandırdığı Münhendə təqüdə çıxmış, sakit həyat yaşayan Angelika Hartmann Almaniya Kansleri Angela Merkel-in 2015-ci ildəki açıq-sərhəd siyasətinin dəstəkçisidir və sonra afrikalı qaçqına (onun rolunu belçikalı aktyor Eric Kabongo oynayır) öz evlərində sığınacaq verilməsinə nail olur. Ancaq Agelikanın əri Dr. Hartmann arvadının düşüncəsini bölüşmür, o deyir: “Merkel dünyanın yarısından çoxunu da bura dəvət edə bilər, amma bizim belə fikrimiz yoxdur!”. Afrikalı qaçqın Hartmanngilin evinə gələndən sonra isə filmin əsas zidiyyətli məqamları ortaya çıxır, məlum olur ki, ailənin üzvləri ilə afrikalı oğlan arasında mədəniyyətlərin toqquşması baş verir və onların qonşularının oğlana qarşı ksenofobik münasibəti gün-gündən güclənir.

“Hartmangilə xoş gəldiniz” filminin treyleri.

Filmin siyasi-qaynar mövzuda olması və yüngül gülüş doğurması, həmçinin filmə əsasən alman ulduz aktyorlarının çəkilməsi filmi hitə çevirib. İllərdir ən çox baxılan filmlər siyahısına amerika filmlərinin başçılıq Almaniyada ilk dəfədir ki, birinci yerə alman filmi çıxır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG