Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:19

Azərbaycan müdafiə naziri Zakir Həsənov noyabrın 29-da Rusiya Federasiyasının paytaxtı Moskvaya gedib.

Nazirliyin mətbuat xidməti bildirir ki, Z.Həsənov Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının noyabrın 30-da keçiriləcək növbəti iclasında iştirak edəcək.

Səfər çərçivəsində müdafiə nazirinin rusiyalı həmkarı ordu generalı Sergei Shoigu ilə görüşü də planlaşdırılıb. Görüşdə iki ölkə arasında hərbi əməkdaşlığın müxtəlif aspektləri, regional təhlükəsizlik məsələləri müzakirə olunmalıdır.

Xəbərdə qeyd edilir ki, səfərdə Azərbaycan və Rusiya müdafiə nazirlikləri arasında 2017-ci il üzrə əməkdaşlıq planının imzalanması nəzərdə tutulub.

Bu il Rusiya Ermənistana «Iskander» raket kompleksləri verib. Bu, Azərbaycan ictimaiyyətində heç də xoş qarşılanmayıb. Opponentləri hesab edirlər ki, Azərbaycan hakimiyyəti ikili standartlara görə bəzən Qərb ölkələrini sərt tənqid etdiyi kimi, Rusiyaya da öz etiraz səsini ucaltmalıdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG