Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:24

Noyabrın 28-i səhər Bakının Yasamal rayonu sakinlərinin etiraz aksiyası keçirdikləri bildirilir.

Aksiyanın Yeni Yasamalda yerləşən “Şərur MTK”-ya məxsus binanın həyətində baş verdiyi qeyd edilir.

Bu haqda sakinlər özləri məlumat veriblər.

Buna da bax:​ 'Şirkət bağlanıb, sahibi axtarışda... Bəs pullar?'

Verilən xəbərlərə görə, Əsəd Əhmədov küçəsində yerləşən “Şərur MTK”-ya məxsus binada yaşayanlar dayanacaq qiymətlərinin qaldırılmasına - qarajların aylıq icarə qiymətinin 30 manatdan 60 manata yüksəldilməsinə etiraz ediblər.

Sakinlərin narazılığı bununla bitmir. Onların deməsinə görə, bina sahibi sakinlərin özlərinin “Azərişıq” ASC-yə ödəniş etməsinə imkan vermir. Sakinlər işıq pulunu bina rəhbərliyinə verməyə məcbur edilir.

Etirazçılar indiyədək onlara sahib olduqları mənzillərə görə, mülk kağızı verilməməsinə də narazılıqlarını bildiriblər.

Buna da bax: «Olimpus-az» MTK-dan mənzil alan bir payçının əhvalatı

Aksiya iştirakçılarının deməsinə görə, etirazlardan sonra binanın sahibi sakinlərlə görüşüb. Nəticədə qaraj qiymətləri əvvəlki həddə endirilib. Sahibkar, sakinlərin digər tələblərinə də baxılacağını vəd edib.

Sakinlərin açıqlamalarına, hələlik, “Şərur MTK”-nın rəhbərlərinin mövqeyini almaq mümkün olmayıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG