Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:18

"Ksenofobiya" ilin sözü seçildi


Özbəkistandan olan qanunsuz miqrant Moskvada Kazan vağzalında həbsdə
Özbəkistandan olan qanunsuz miqrant Moskvada Kazan vağzalında həbsdə

“Ksenofobiya” ilin sözü elan edilib. Bunu ingilis dilinin izahlı internet lüğəti olan dictionary.com müəyyən edib.

Saytın rəhbərliyinin məlumatına görə, 2016-cı ildə sayta girib, mənası ən çox axtarılan söz məhz “ksenofobiya” olub.

Saytın aparıcı əməkdaşı Jane Solomon deyir ki, bu sözə maraq xüsusilə iyunun 22-24-ü artıb. Həmin vaxt Britaniyanın Avropa Birliyindən çıxması üzrə referendum keçirilirdi. Həmin günlərdə “ksenofobiya” sözünün mənasını axtaranlar 938 faiz, yəni 9 dəfədən çox artıb.

Ksenofobiya, Dictinary.com-un izahına görə, xaricilərə,eləcə də başqa mədəniyyətdən olanlara nifrət və ya qorxu mənasını verir.

Jane Solomon deyir ki, 1800-ci illərin axırına kimi ingilis dilində belə söz yox idi. Onun kökləri iki yunan sözünə gedir: “ksenos”, yəni xarici və ya qərib və fobos, yəni qorxu və ya panika.

Solomonun sözlərinə görə, ksenofobiya sözünün mənasına bu il ikinci dəfə çox böyük maraq iyunun 29-da yarandı. Həmin gün ABŞ prezidenti Barack Obama dedi ki, Donald Trumpın seçki kampaniyasının dili ksenofobiyadır və ya bundan da pisidir.

ABŞ-ın Kaliforniya ştatında qərarlaşan Dictionary.com 2010-cu ildən başlayaraq hər il ən çox maraq göstərilən, mənası axtarılan sözü müəyyən edir. Və bu söz ilin ümumi ab-havasını, insanların əhvalını, nə düşündüyünü çox vaxt dəqiq əks etdirir.

Keçən ilin sözü isə “mənlik” idi, təkcə milli mənlik kimi mənalarda yox. Xüsusilə cinsi mənlik mənasında. Yəni kişi kimdir, qadın kim?

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG