Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 12:14

Viktor Yanukoviç: 'Nümayişçilərə atəş açmaq əmri verməmişəm'


Viktor Yanukovych
Viktor Yanukovych

Ukraynalı prokurorlar noyabrın 28-də keçmiş Ukrayna prezidenti Viktor Yanukoviçə qarşı rəsmi ittiham irəli sürüblər. O, dövlətə xəyanətdə ittiham olunur.

İndiki Ukrayna rəhbərliyi hesab edir ki, "Avromaydan" hərəkatı vaxtı nümayişçilərə atəş əmrini məhz Viktor Yanukoviç verib.

Amma Ynukoviç bugünkü məhkəmə prosesində ittihamları rədd edib.

Onun sözlərinə görə, həmin vaxt ona müxalifətin nəzarətində olan binadan atəş açılması barədə məlumat verilib, hüquq-mühavizə orqanları isə öz rejimində hərəkət ediblər.

Keçmiş prezident deyib ki, həmin vaxt məhz hansı silahlardan istifadə edildiyini demək onun üçün çətindir.

-

Kiyevdə “Avromaydan” iştirakçılarının qətlində ittiham olunan keçmiş “Berkut” polkunun üzvlərinin məhkəməsi başlayıb.

AzadlıqRadiosunun Ukrayna xidməti məhkəmənin binasından canlı yayım verir.

Şahid kimi keçmiş Ukrayna prezidenti Viktor Yanukoviç də ifadə verir.

O, məhkəməyə Rastov şəhər məhkəməsinin binasından vide vasitəsilə qatılıb.

Ötən həftə Yanukoviçin ifadə verməsi baş tutmayıb.

Buna səbəb keçmiş berkutçuların məhkəməyə gələ bilməməsi olub.

“Sağ sektor” hərəkatının fəalları həbsxana binasını blokadaya aldıqlarından onları məhkəməyə gətirmək mümkün olmayıb.

Aleksandr Merinçenko,Sergey Tamtura,Oleq Yanişevski,Pavel Abroskin və Sergey Zinçenko 48 aksiyaçının qətlində ittiham olunurlar.

Həmçinin “Berkut” polkunun 25 əməkdaşı və rəhbər nümayəndəsi şübhəli bilinirlər.

İndiki Ukrayna hakimiyyəti hesab edir ki, 2014-cü ilin qışında nümayişçilərə atəş açmaq əmrini həmin vaxt prezident olan Viktor Yanukoviç verib.

Yanukoviç hazırda Rusiyadadır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG