Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:11

Saakashvili: "Sadəcə köhnə kadrları yığışdırmaq lazımdır"


Mikheil Saakashvili

Mikheil Saakashvili

“Ukraynanın xüsusi xidməti Mikheil Saakashvilinin yaratdığı yeni partiyan ıizləyir”.

Bunu Odessa vilayətinin keçmiş qubernatoruSaakashvilinin yaxın tərəfdaşı David Sakvarelidze yazır.

O,“Yeni qüvvələr hərəkatı” partiyasının Kiyevdəki ofisinin ətrafından videogörüntü yayıb.

Saakashvilinin özü isə “Nastoyaşemu vremeni” televiziyasına müsahibəsində onların təhlükəsizlik xidmətinin əməkdaşları olmadıqlarını deyib.

Saakashvilinin fikrincə xarici müşahidə ilə hərbi kəşfiyyat məşğuldur.

Saakashvili bildirib ki, nəqədər ki, hakimiyyətdə 25 ildir ölkəni Avropada ən kasıb ölkəyə döndərən insanlar oturacaq, həmişə eyni problemlər olacaq.

Keçmiş qubernator deyib ki, burda çətin heçnə yoxdur, sadəcə köhnələri yığışdırmaq lazımdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG