Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:25

Belarusun baş nazirinin müavini Vladimir Semashko noyabrın 28-i Azərbaycana səfəri çərçivəsində Bakıda Nərimanov prospektindəki Belarus malları mağazasında (Dövlət Statistika Komitəsinin yaxınlığı) olub.

Baş nazir öz ölkəsinin mallarının Azərbaycanda satışa çıxarılmasının əhəmiyyətindən danışıb. Onun bildirməsinə görə, Belarus mallarının Azərbaycana birbaşa tədarükü saxta və keyfiyyətsiz malların qarşısını alır.

«Gəncə, Naxçıvan, perspektivdə başqa yaşayış məntəqələrində şəbəkənin genişləndirilməsi məsələsinə baxılır», - deyə o qeyd edib.

Sözügedən mağazanın açılışı aprelin 18-də olub. Orda ət, süd və başqa məhsullar təqdim olunur.

Noyabrın 28-də Belarus prezidenti Alyaksandr Lukashenka Azərbaycana gəlib.

İki gün davam edəcək səfərdə A.Lukashenka-nın Azərbaycan prezidenti İlham Əliyev və digər rəsmilərlə görüşü gözlənilir.

Prezidentlərin həm təkbətək, həm də geniş tərkibdə görüşü nəzərdə tutulub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG