Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:20

Tacikistan hakimiyyət “AzadlıqRadiosu” müxbirlərinin akkreditasiyasını ləğv elədi


Emomali Rahmon

Emomali Rahmon

Tacikistan hakimiyyəti “AzadlıqRadiosu” Tacikistan xidmətinin 6 müxbirinin akkreditasiyasını ləğv edib.

Müxbirlərin 6-da xarici işlər nazirliyinə çağırılıblar.

AzadlıqRadiosunun rəsmi nümayəndəsi Joanna Levison “Exo Moskvı” radiosuna hakimiyyətin bu addımını söz azadlığının pozulması adlandırıb və bunun çox gümün ki, prezidentin qızları və digər ailə üzvləri barədə radionun saytında gedən materialla bağlı olduğunu deyib.

Tacikistan xidməti də məsələnin həmin yazı ilə bağlı olduğunu bildirib.

Tacikistan prezidenti Emomali Rahmonun üçüncü qızı Rukhshona Rahmonova bu günlərdə xarici işlər nazirinin müavini vəzifəsinə təyin edilib.

Rahmanov bu ilin yanvarında digər qızı Ozoda Rahmonovanı isə Prezidentin icra aparatının rəhbəri vəzifəsinə təyin edib.

Prezidentin böyük oğlu Rustam isə ötən il maliyyə nəzarəti vəkorrupsiya əleyhinə agentliyin rəhbəri vəzifəsinə təyin edilib.

Həmçinin prezidentin qaynı vı və kürəkəni də daxil olmaqla xeyli qohumu dövlət vəzifələri və gəlirli biznes sahələrində çalışırlar.

Emomali Rahmon ölkəni 1992-ci ildən idarə edir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG