Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:25

Fransua Fiyon (Francois Fillon) bazar günü partiyadaxili seçkinin ikinci mərhələsində qalib gələrək “Respublikaçılar” partiyasından prezidentliyə namizəd olub.

Seçkinin ikinci mərhələsində onun rəqibi keçmiş baş nazir Allen Jyuppe (Alain Juppe) idi.

Fransua Fiyon da keçmiş baş nazirdir.

Bordo şəhərinin müri Allen Jyuppe məğlubiyyətini etiraf edib və 2017-ci ildə keçiriləcək prezident seçkisində ona tam dəstək göstərəcəyini vəd edib.

Fransua Fiyon prezident seçkisində qatı sağçı “Xalq cəbhəsi” partiyasının namizədi Marin Le Penlə mübarizə aparacaq.

Allen Jyuppe 67, Marin Le Pen isə 33 faiz səs toplayıb.

Qeyd edək ki, Fiyon Rusiya ilə yaxın strateji münasibətlərin, ona qarşı beynəlxalq sanksiyaların götürülməsinin tərəfdarıdırlar.

Rusiya prezidenti Vladimir Putin bu yaxınlarda Fransua Fiyonu təcrübəli, böyük siyasətçi adlandırıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG