Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:32

Daxili İşlər Nazirliyi (DİN) Zaqatala rayonunda əməliyyat keçirib.

«Report»un Daxili İşlər Nazirliyinə istinadən yaydığı xəbərə görə, əməliyyata səbəb rayonun Əliabad qəsəbəsində dini yığıncaq keçirilməsi olub. Əməliyyat zamanı qəsəbə sakini Həmid Şabanov və daha 20-dən çox şəxsin saxlandığı bildirilir.

Xəbərdə qeyd edilir ki, saxlananlar arasında Qazaxıstan və Gürcüstan vətəndaşları da olub.

DİN bildirib ki, iclas keçirilən yerə baxış zamanı 16 ədəd dini təyinatlı ədəbiyyat aşkar edilərək götürülüb və ekspertizadan ötrü Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərilib.

Bütün saxlananların ifadələri alınaraq sərbəst buraxıldığı deyilir.

Hələlik, saxlanan və sonra da buraxılan şəxslərdən olaya münasibət almaq mümkün olmayıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG