Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:38

Prezidenti İlham Əliyev noyabrın 28-də Böyük Britaniya baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nicholson-un başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, İ.Əliyev görüşdə iki ölkə arasında əməkdaşlığın genişləndiyini razılıqla qeyd edib.

«İqtisadiyyatın şaxələndirilməsi ölkəmizin əsas məqsədlərindən biridir. Xüsusilə neftin qiyməti ilə bağlı yaranmış vəziyyətlə əlaqədar bu mühüm əhəmiyyət daşıyır»,-deyə prezident vurğulayıb.

Baronessa Nicholson isə Azərbaycanın maliyyə qurumları, bankları və fond birjası ilə əlaqələrin qurulduğunu məmnunluqla qeyd edib.

O, gələn ilin yazında Londonda Azərbaycanın maliyyə strukturları ilə birgə konfransın keçirilməsini təklif edərək, dövlət başçısının orada iştirakının əhəmiyyətli ola biləcəyini deyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG