Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:10

Suriyanın hökumət qüvvələri Hələbdə qiyamçıların nəzarətində olan 6 rayonu tutduğunu elan edib. Minlərlə adam şəhəri tərk etməyə məcbur olub.

Suriya dövlət televiziyası noyabrın 28-də hökumət və müttəfiq qüvvələrinin Hələbin Sahur, Heydəriyyə, Şeyx Xodr rayonlarını ələ keçirdiyini, bununla da şəhərin şərq hissəsinin qiyamçılardan təmizlənməkdə olduğunu xəbər verib.

Britaniyada yerləşən insan haqları təşkilatı—«Suriyanı müşahidə şurası» məlumatı təsdiqləyib, qiyamçıların nəzarətdə saxladıqları ərazilərin 1/3-nın hökumət qüvvələrinin əlinə keçdiyini, Hələb qiyamçılarının 2012-ci ildən bəri ən böyük məğlubiyyətə uğradığını bildirib.

Hələbin ələ keçirilməsi 6 illik müharibədə Assad rejiminin ən böyük qələbəsi ola bilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG