Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:33

İranda qəzada ölənlərin çoxu azərbaycanlılardır


İranda dəmiryol qəzasında ölənlərin sayı 44-ə çatıb, 100-ə yaxın yaralı var. «TRT-Azərbaycan»ın verdiyi məlumata görə, ölənlərin çoxu yerli azərbaycanlılardır.

Noyabrın 25-də Təbrizdən Məşhədə gedən qatar Semnandan Məşhədə gedən digər qatarla toqquşub, bir neçə vaqon relsdən çıxıb, yanğın başlayıb. Hadisə yerinə tibb işçiləri və fövqəladə xidmət orqanlarının əməkdaşları cəlb olunub, amma qar və şaxta xilasedicilərin işini çətinləşdirib.

AFP xəbər agentliyi bunun ölkə tarixində ən ağır dəmiryol qəzalarından olduğunu yazır.

Hadisədən sonra İranın dövlət dəmiryol şirkətinin rəhbəri, nəqliyyat nazirinin müavini Mohsen Poor-Seyed Aghaie istefa verib. O, qəzanın səhv nəticəsində baş verdiyini söyləyib.

Rəsmilər qəzayla bağlı bir neçə nəfərin həbs edildiyini, tutulanlar arasında nəzarət mərkəzinin işçilərinin olduğunu deyirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG