Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:17

Noyabrın 28-də Kubada Havana İnqilab meydanında Fidel Castronun dəfn mərasimi olacaq.

Castronun ABŞ-da yaşayn bacısı Juanita Castro Fidel Castronun dəfn mərasiminə gəlməyəcəyini deyib. Bunu Miami Herald qəzeti yazır.

1965-ci ildən ABŞ-da yaşayan Juanita Castro ömrü boyu Kubaya getməyəcəyini bildirir.

Juanita qardaşını Kubanı “sularla əhatə olunmuş həbsxana”ya çevirməkdə ittiham edirdi.

OBAMA: QİYMƏTİ TARİX VERƏCƏK

ABŞ prezidenti Barack Obama deyib ki, Castronun Kubaya və dünyaya təsirinə qiyməti tarix verəcək.

“İndi isə, Castro vəfat etdiyi vaxt, biz Kuba xalqına dostluq əlimizi uzadırıq”.

Obama bununla belə, Castronun Kubaya və dünyaya təsirini “nəhəng” adlandırır.

Yeni seçilən ABŞ prezidenti Donald Trump isə Castronu “zalım diktator” hesab edir və ümid etdiyini bildirib ki, bu gündən başlayaraq Kuba bu uzun sürən dəhşətdən uzaqlaşmağa başalaycaq.

Kanadnın baş naziri Justin Trudeu-nun başsağlığında işlətdiyi müsbət ifadələr kəskin tənqidlər doğurub.

Trudeau xatırlayır ki, Kanadanın keçmiş baş naziri olan atası Fidel Castronu yüksək qiymətləndirirdi.

Onun özü isə başsağlığında Castro haqda“həyatdan böyük”, “əfsanəvi inqilabçı və natiq” ifadələri işlədib, bu da ABŞ-da yaşayan kubalılar arasında narazılıq doğurub.

Kuba mənşəli senator Marco Rubio soruşur ki, Trudeuanun başsağlığı istehzadır yoxsa həqiqi bəyanatdır?

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG