Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:54

Saakashvili Kiyevdə mitinqdə deyib: "Bizim siyasi məqsədimiz: 1-cisi, kompromissiz islahatlar, 2-cisi- sıfır korrupsiya, 3-cüsü, dövlət aparatının təmizlənməsi, 4-cüsü- oğruların həbsi. Ölkədə qayda-qanun yaratmaq. Lazm gəlsə, çox-çox sərt olmaq."

Kiyevin mərkəzində Mikheil Saakashviliyə dəstək mitinqinə minə yaxın adam gəlib.

Saakashvilinin yaratdığı Yeni Qüvvələr hərəkatı Ukraynada vaxtından qabaq parlament seçkilərinin keçirilməsini tələb edir.

Odessa qubernatorluğundan istefa verən Saakashvili indiki prezident Poroshenkonu da Ukraynada korrupsiyalaşmış elitaya göz yummaqda ittiham edir.

Noyabrın 27-də Saakashviliyə dəstək mitinqinə həm gənclər, həm də yaşlılar gəlib. Onların bir çoxunda Ukrayna bayrağı, bəzilərində isə Avropa Birliyi bayraqları olub.

Saakashvili deyib ki, “Biz qalib gələcəyik. Biz Ukraynaın sərvətini xalqa qaytaracağıq”.

Saakashvili deyib ki, Ukraynanı yenidən qüdrətli eləməyin yolunu bilir.

Saakashvili 2003-cü ildə Qızılgül inqilabı ilə Gürcüstanda hakimiyyətə gəmişdi. Onun 10 illik hakimiyyəti dövründə Gürcüstanda rüşvət və korrupsiya kəskin azalmışdı.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG