Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:39

Yeniyetmələr arasında şahmat üzrə dünya çempionu, qrosmeyster 20 yaşlı Yury Yeliseyev Moskvada 12-ci mərtəbədən yıxılaraq ölüb.

Rusiyanıən RİA, TASS agentliklərinin məlumatına görə, onun dostu Daniil Dubov Vkontakte-də yazır ki, şahmat qrossmeysteri 12-ci mərtəbədə pəncərədən eyvana keçmək istəyirmiş.

Dubov sosial mediada yazır ki, “mənim tanıdığım ən talantlı adamlardan biri, parlaq şahmatçı faciəvi şəkildə həlak oldu”.

Şahmatçının məşqçisi Kobaliya deyib ki, Yeliseyev, sən demə, parkurla məşğul olurmuş.

Məşqçinin sözlərinə görə, onun özü bundan indi xəbər tutur.

Bu ekstremal idman növü binaların damından damına tullanmaq kimi hərəkətlərdən ibarətdir.

Yeliseyev 2012-ci ildə yeniyetmələr arasında dünya çempionu olub.

Parkur nədir? - Videoda (Təkrar eləməyə cəhd etməyin!)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG