Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:46

“Bu, dəhşətli gündür. Keçən gecə mənə dedilər ki, ən böyük şəxsiyyətlərdən ən böyüyü vəfat etdi.”

Bunu Xorvatiyada olan futbol ulduzu Diego Maradona Kubanın inqilabi lideri Fidel Castronun ölümü ilə bağlı jurnalistlərə deyib.

O bir daha təkrar edib ki, “şübhəsiz o, ən böyüklərin ən böyüyü idi”.

Maradona deyib ki, ona Buenos Ayresdən zəng ediblər və o, xəbərdən şoka düşüb. Maradona deyir ki, “o,mənə ikinci ata kimi idi”.

Maradona bildirib ki, “Mən Raulun (Castro) , Kuba xalqının yanında olmaq istəyirəm. Onlara mənə çox şey verib. Mən Fidel Castroya ürəyimdəki bütün minnətdarlığı bildirmək istəyirəm”

Maradona daha sonra izah edir ki, “ Fidel Castro narkotiklərin ziyanı barədə mənə çox danışırdı. ( Maradona narkotiklərə aludəçilikdən əziyyət çəkəndə Fidel Castro onun sağalmasına kömək edib. Maradona artıq çəki ilə mübarizə aparanda da Fidel Castro ona yardım edib) O mənə bərpa olunmaqdan çox danışıb.”

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG